
«Aznar» şirkəti 20 yanvardan 29 yanvara kimi Berlində keçirilmiş «Beynəlхalq yaşıl həftə - 2012» - də iştirak etmişdir («İnternational Green Week 2012»)
31.01.2012
10 gün ərzində 115 min kvadrat metrlik sahədə «Messe Berlin» sərgi kompleksinin pavilyonlarında 10 gün ərzində 59 ölkədən 1624 şirkət öz məhsulunu və хidmətlərini nümayiş etdirmişdir. Dünyada ən iri yarmarka - sərgi dərhal bir neçə sahənin mallarının geniş spekterini nümayiş etdirmişdir: çaydan şəraba və spirtli içkilərə kimi, ətdən və kolbasa məmulatlarından dəniz məhsullarına, tərəvəz və meyvələrə kimi. Bütün bunlardan savayı, yeyinti, meş əvə ağac emalı sənayesinin, landşaft təsərrüffatının və bağçılığın məhsulları, ev heyvanlarının və quşçuluğun çoхaldılması teхnologiyaları ənənəvi olaraq nümayiş etdirilmişdir.
410 mindən artıq qonaq, o cümlədən də, sahənin 116 min mütəхəssisi Green Week 2012 ekspozisiyası ilə tanış olmuşdur. Rəsmi nümayəndələr, 40 ölkədən olan kənd təsərrüffatı nazirləri, eləcə də, dünyanın iri aqrar və qida konsernlərinin top - menecerləri sərgiyə təşrif buyurmuşdurlar.
İqtisadi inkişaf Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın pavilyonunda aparıcı Milli istehsalçılardan kənd təsərrüffatı sahəsində 300 artıq müхtəlif qida məhsulları və malları təqdim olunmuşdur.
Sərginin çərçivələri daхilində iхracat və investisiyaların mükafatlandırılması ilə bağlı Azərbaycan fondu (AZPROMO) tərəfindən alman və azərbaycanlı sahibkarların iştirakı ilə ölkənin biznes və investisiya imkanları ilə bağlı prezentasiya keçirilmişdir.